Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Boçorişvili və Fidan Orta Dəhlizi müzakirə edib

2 dəq
Paylaş:
Boçorişvili və Fidan Orta Dəhlizi müzakirə edib

Gürcüstanın naziri Maka Boçorişvili və Türkiyənin xarici işlər naziri İstanbulda keçirilən görüş zamanı Dəhlizin inkişafını müzakirə ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” Xarici İşlər Nazirliyinə istinadən verir ki, görüş Gürcüstan, və Azərbaycanın xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində keçirilib.

Tərəflər Gürcüstan-Türkiyə strateji tərəfdaşlığının inkişaf perspektivlərini müzakirə edib, həmçinin iki ölkə arasında sahəvi əməkdaşlığı müsbət qiymətləndiriblər.

Bundan başqa, Orta Dəhlizin inkişafı prosesində iki ölkə arasında əməkdaşlığa və bununla bağlı strateji layihələrin uğurla həyata keçirilməsinin vacibliyinə xüsusi diqqət yetirilib.

Nazirlər regionda proseslərin mövcud dinamikasını qeyd edib, sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin edilməsində Gürcüstan və Türkiyənin rolunun əhəmiyyətini vurğulayıblar.

Boçorişvili və Fidan həm ikitərəfli formatda, həm də çoxtərəfli platformalar çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiq ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax