Əsas məzmuna keç

BMT Baş Assambleyası Qəzzada atəşkəsə çağıran qətnamə layihəsini dəstəkləyib

BMT Baş Assambleyası Qəzzada atəşkəsə çağıran qətnamə layihəsini dəstəkləyib

BMT-yə üzv olan 193 ölkədən 153-ü qətnamə layihəsini dəstəkləyib, 10-u əleyhinə, 23-ü isə bitərəf qalıb. Sənədin mətni digər məsələlərlə yanaşı, bütün...

Baş Assambleyası 21 ölkəsi tərəfindən humanitar məqsədlər üçün atəşkəsə qətnamə layihəsini dəstəkləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadla xəbər verir ki, BMT-yə üzv olan 193 ölkədən 153-ü qətnamə layihəsini dəstəkləyib, 10-u əleyhinə, 23-ü isə bitərəf qalıb.

Sənədin mətni digər məsələlərlə yanaşı, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini, həmçinin beynəlxalq hüquqa, xüsusən də mülki şəxslərin müdafiəsi ilə bağlı tələblərə riayət etməyi tələb edir.

Eyni zamanda, BMT Baş Assambleyası qətnaməyə Avstriya və ABŞ-ın təklif etdiyi düzəlişləri qəbul etməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…