"Azərbaycanın İranla qorunmağa ehtiyacı olan uzun sərhədi var"
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu sözləri Dövlət katibi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində Dinləmələr zamanı deyib.
Azərbaycana qarşı tətbiq olunan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğv edilməsinin vacib olduğunu bildirən dövlət katibi, eyni zamanda ABŞ-in Azərbaycana hərbi yardım göstərməli olduğunu qeyd edib.
O, 907-ci düzəlişin dayandırılmasına digər səbəb kimi “Azərbaycan Silahlı Qüvvələri ilə NATO arasında sülhməramlı missiyalarda iştirak çərçivəsində qarşılıqlı fəaliyyəti” göstərib.
Həmçinin, dövlət katibi Azərbaycan hərbçilərinin Qərb modeli təlimlərdə də iştirakının vacibliyindən danışıb.