Əsas məzmuna keç

Birinci Qarabağ müharibəsinin 5 şəhidi sabah dəfn olunacaq

Birinci Qarabağ müharibəsinin 5 şəhidi sabah dəfn olunacaq

İllər sonra şəxsiyyətləri müəyyən olunan qəhrəmanlarımız torpağa tapşırılır. Döyüşçülərimizin nəşləri Bakı və regionlarda böyük ehtiramla son mənzilə yola salınacaq.

en ru

Birinci müharibəsinin daha 5 itkin-şəhidi olunacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, Birinci Qarabağ müharibəsində itkin düşən və sonradan nəşi tapılaraq şəxsiyyəti müəyyənləşdirilən Məmmədov Çümşüd Həsənxan oğlu, İsmayılov Sərdar Cəfər oğlu, Məhərrəmov Vaqif Mənsim oğlu, Nərimanov Mürşüd Nadir oğlu və Qurbanov Akif Cəbrayıl oğlu avqustun 21-də dəfn ediləcəklər.

Çümşüd Məmmədov Laçın şəhərindəki Şəhidlər xiyabanında, Sərdar İsmayılov Neftçala rayonunun Astanlı kənd qəbiristanlığında, Vaqif Məhərrəmov Neftçala şəhərindəki Şəhidlər xiyabanında, Mürşüd Nərimanov İmişli rayonunun Məzrəli kənd qəbiristanlığında, Akif Qurbanov isə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…