Əsas məzmuna keç

Binəqədidə maşın qaçıran işçi tutuldu

Binəqədidə maşın qaçıran işçi tutuldu

Binəqədidə Hyundai markalı nəqliyyat vasitəsini "qurutmaq" adı ilə ələ keçirən B.İsmayılov tutulub. DİN-in məlumatında keçmiş məhkumun ağlasığmaz bəhanəsi üzə çıxdı.

en ru

Binəqədi rayonunda çalışdığı avtoyuma məntəqəsində "" markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı B.İsmayılov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan həmin şəxs yumaq üçün ona həvalə olunan vasitəsini "sürərək qurutmaq" bəhanəsi ilə qaçırıb.

Nəqliyyat vasitəsi əməkdaşları tərəfindən sahibinə geri qaytarılıb. Faktla bağlı araşdırmalar aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…