Operativ Məlumat Mərkəzi

Binədə qətl törədilib, saxlanılan var

2 dəq
Paylaş:
Binədə qətl törədilib, saxlanılan var
Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xəzər Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib...

Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, noyabrın 13-ü saat 18 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Vidadi Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Bəhriş Fərəcovun aralarında yaranmış mübahisə zamanı Vidadi Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəhriş Fərəcov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

19:15 ***

Noyabrın 13-də saat 18:30 radələrində Xəzər rayonu Binə qəsəbəsində 1967-ci il təvəllüdlü Əliyev Vidadi Feyruz oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Fərəcov Bəhriş Müşdaba oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər