Əsas məzmuna keç

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı ŞOK DETALLAR - FOTO

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı ŞOK DETALLAR - FOTO

Binə qəsəbəsində Fatimə Rəhmanzadəni qətlə yetirən Müseyib Əhmədovun əvvəlcədən sosial şəbəkədə yazdığı dəhşətli təhdid mesajları ortaya çıxdı. Detallar:

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bakının Xəzər rayonunun qəsəbəsində 24 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadənin işlədiyi kafeyə yaxın ərazidə baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs 1986-cı il təvəllüdlü Müseyib Əhmədovdur. O, əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə necə baş verib?

Məlumata görə, Sulutəpə qəsəbəsində yaşayan Müseyib iki il əvvəl ailəsindən boşanıb. Daha sonra həmin qəsəbədə kirayədə yaşayan Fatimə Rəhmanzadə ilə tanış olub.

Bir müddət sonra onlar münasibət quraraq birlikdə yaşamağa başlayıblar. Əhmədov Fatimənin kirayədə qaldığı evdə onunla birlikdə yaşayıb.

Bildirilir ki, bir neçə gün əvvəl tərəflər arasında mübahisə yaranıb və bundan sonra Müseyib evə gəlməyib.

Hadisə günü isə o, yenidən evə qayıdıb. Fatimənin mənzildə olmadığını görən Əhmədov ona zəng etsə də, cavab ala bilməyib.

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş... - Fotofakt

Bundan sonra o, qadının işlədiyi kafeyə gedib.

Məlumata görə, Əhmədov kafeyə yaxın dayanacaqda Fatimə ilə qarşılaşıb. Qadın ondan ayrılmaq və bir daha onu narahat etməməsini istəyib.

Bunun ardınca tərəflər arasında mübahisə yaranıb. İddiaya görə, Əhmədov üzərində gəzdirdiyi bıçaqla Fatiməyə çoxsaylı xəsarətlər yetirib.

Ağır yaralanan qadın xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Şübhəlinin sosial şəbəkə paylaşımları üzə çıxıb

Cinayətin ardınca Müseyib Əhmədovun hadisədən əvvəl hesabında etdiyi paylaşımlar da diqqət çəkib.

Həmin paylaşımlarda təhdid və intiqam xarakterli ifadələr yer alıb.

Şübhəlinin hesabında “Mən də səni vuracam belə, mən onsuz da sənə demişdim, özün mənə məcbur elədin”, “Can almasam, can vermərəm”, “Düz sözdür, namusu belə təmizləmək lazımdır” və “Son gün az qalıb, intiqamımı alacam” kimi ifadələrin yazıldığı bildirilir.

Bu paylaşımların konkret olaraq kimə ünvanlandığı və hadisə ilə birbaşa əlaqəsinin olub-olmadığı istintaq çərçivəsində müəyyənləşdirilməlidir.

Bununla belə, sözügedən paylaşımlar hadisədən əvvəl sosial şəbəkədə təhdid xarakterli mesajların yayıldığını göstərir.

b180a4e4f1ffe9d5.webp

Cinayət işi başlanılıb

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Müseyib Əhmədov saxlanılıb və hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ilkin məlumatlarda hadisə şəxsi münaqişə zəminində qətl kimi təqdim olunub. Cinayətin motivi, hadisənin bütün detalları və şübhəlinin sosial şəbəkə paylaşımlarının iş üzrə hüquqi qiymətləndirilməsi istintaqın nəticəsində dəqiqləşəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…