Əsas məzmuna keç

Bill Klinton və Hillari Klinton "Epstein" işi üzrə ifadə verəcəklər

Bill Klinton və Hillari Klinton "Epstein" işi üzrə ifadə verəcəklər

ABŞ-nin keçmiş prezidenti və həyat yoldaşı səs-küylü cinayət işi ilə bağlı Konqresdə dindirilməyə razılıq veriblər.

en ru

ABŞ-nin keçmiş prezidenti və keçmiş Hillari Klinton, milyarder Ceffri Epşteynin fəaliyyəti ilə bağlı aparılan genişmiqyaslı araşdırmalar çərçivəsində Təmsilçilər Palatasında verməyi qəbul ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu addım ABŞ Ədliyyə Nazirliyinin "Epstein" işi üzrə 3 milyondan çox sənədi ictimaiyyətə təqdim etməsindən sonra atılıb.

Klintonun mətbuat katibi Angel Urena hesabında verdiyi açıqlamada bildirib ki, cütlük istintaqla xoş niyyətlə əməkdaşlıq edir.

Məlumata görə, Bill və Hillari Klinton Konqresdə aparılan təhqiqatın bir hissəsi olaraq sualları cavablandıracaqlar.

Xatırladaq ki, dünya miqyasında böyük əks-səda doğuran "Epstein" qalmaqalı ilə bağlı yeni sənədlərin üzə çıxması bir çox nüfuzlu şəxsin adının yenidən gündəmə gəlməsinə səbəb olub. İstintaq prosesi çərçivəsində açıqlanan materiallar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…