Əsas məzmuna keç

Bibər yükündə 25 kq narkotik gömrükdə saxlanıldı

Bibər yükündə 25 kq narkotik gömrükdə saxlanıldı

İran sərhədində gömrükçülər tərəfindən saxlanılan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsi cəhdinin təfərrüatları məlum olub.

en ru

Dövlət Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” komitəyə istinadən xəbər verir ki, "Astara" gömrük postunda ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "bibər" yükü aparan vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən dördbucaqlı formalı 55 ədəd bağlamada xalis təmiz çəkisi 25 kiloqram 75 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…