Karluş Karvalyal "Olimpiakos"un yeni baş məşqçisi təyin edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
58 yaşlı mütəxəssisin imzaladığı müqavilənin müddəti hələlik açıqlanmayıb.
Karvalyal karyerası boyunca "Sporting", "Beşiktaş", "Şeffild Uensdey", "Suonsi" və "Selta"da daxil olmaqla bir çox komanda ilə çalışıb.
Qeyd edək ki, hazırda" Olimpiakos " Yunanıstan çempionatının turnir cədvəlində dördüncü yeri tutur. Komanda lider "Panatinaikos"dan üç xal geri qalır.