Belçika Baş nazirinin müavini Petra De Sutter ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə dəstəyini davam etdirəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş nazirin müavini Petra De Sutter, "X" sosial media hesabında məlumat yayıb.
"UNRWA Qəzzaya təcili və həyati əhəmiyyətli humanitar yardımların çatdırılmasında əvəzsiz rol oynayır",- deyə qeyd edən rəsmi UNRWA-dan "tam" şəffaflığın təmin edilməsinin istəniləcəyini də bildirib.
"UNRWA ilə bağlı son açıqlamalar ciddi və narahatedicidir. İstintaq prosedura uyğun aparılmalı və bütün məsələlər aydınlaşdırılmalıdır. Belçika əziyyət çəkən Fələstinli mülki şəxslərə dəstəyini davam etdirəcək və humanitar yardımın onlara çatmasını təmin edəcək",- deyə paylaşımda qeyd olunub.