Əsas məzmuna keç

Belarus Çexiya diplomatını ölkədən çıxarır

Belarus Çexiya diplomatını ölkədən çıxarır

bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb. “Bu gün Çexiyanın Belarusdakı diplomatik nümayəndəliyinin müvəqqəti rəhbəri Tomas Krıl Xarici...

Çexiya diplomatı Krılı “persona non-qrata” elan edib. O, 72 saat ərzində ölkəni tərk etməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu gün Çexiyanın Belarusdakı diplomatik nümayəndəliyinin müvəqqəti rəhbəri Tomas Krıl Xarici İşlər Nazirliyinə çağırılıb. Qarşılıq tədbiri olaraq Çexiya diplomatı “persona non-qrata” elan edilib və o, 72 saat ərzində Belarus ərazisini tərk etməlidir”, – nazirliyin məlumatında bildirib.

Xatırladaq ki, sentyabrın 8-də Çexiya Belarus diplomatını xüsusi xidmət orqanlarına casusluqda ittiham edərək onu “persona non-qrata” elan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…