Əsas məzmuna keç

Bəhreyn SEPAH casuslarını ifşa etdi

Bəhreyn SEPAH casuslarını ifşa etdi

Daxili İşlər Nazirliyi strateji hədəflərin fotolarını İrana ötürən 4 nəfəri həbs etdi. Şifrəli proqramla qurulan gizli şəbəkənin üzə çıxan şok detalları burada:

ru en

Bəhreyndə İran xeyrinə casusluq fəaliyyətində şübhəli bilinən dörd nəfər həbs olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı Bəhreynin Daxili İşlər Nazirliyi yayıb.

Məlumata əsasən, Cinayət Təhqiqatı və Kriminalistika Baş İdarəsi dörd vətəndaşını saxlayıb və hazırda xaricdə gizlənən beşinci şübhəlinin şəxsiyyətini müəyyən edib. Onların hamısı İslam İnqilabı Keşikçiləri Korpusu () ilə əməkdaşlıqda şübhəli bilinir.

Qurumda qeyd ediblər ki, istintaq zamanı müəyyən edilib: saxlanılanlardan biri təşkilatın göstərişi ilə və digər şəxslərin köməyi ilə Bəhreyn ərazisindəki strateji əhəmiyyətli obyektlərin çəkilişi və koordinatlarının qeydə alınması üçün yüksək keyfiyyətli foto avadanlıqdan istifadə edib. Əldə olunan məlumatlar şifrələnmiş proqram təminatı vasitəsilə SEPAH-a ötürülüb və bu faktla bağlı başlanılıb.

Xatırladaq ki, ABŞİsrail fevralın 28-də İrana qarşı əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.

Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi , Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraqKiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…