Əsas məzmuna keç

"Barselona" Rafinyanın satışından 90 milyon avro qazana bilər

"Barselona" Rafinyanın satışından 90 milyon avro qazana bilər

Səudiyyə Ərəbistanı klubları braziliyalı ulduz üçün böyük məbləğ ödəməyə hazırdır.

en ru

"" klubunun Rafinya Dias çempionatı təmsilçilərinin hədəfində qalmaqda davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" "El Pais" nəşrinə istinadən xəbər verir ki, adı açıqlanmayan Səudiyyə klubları gələn yay braziliyalı ulduz üçün 90 milyon avro ödəməyə hazırdır.

Futbolçunun isə ildə təxminən 30 milyon avro həcmində nəhəng maaş təklif ediləcəyi gözlənilir.

Son günlər yayılan məlumatlara görə, 29 yaşlı oyunçu gələcəyi ilə bağlı hələ yekun qərar verməyib. Halbuki, bundan əvvəl onun "Barselona"da qalmaq niyyətində olduğu bildirilirdi.

Qeyd edək ki, hücumçunun Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…