Banqladeşdə son sutkada "denq qızdırması"ndan 21 nəfər vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyinin (DHGS) verdiyi açıqlamada, avqustda "denq qızdırması"ndan 342 nəfərin öldüyü, 2023-cü ildə ümumi ölümlərin 618-ə yüksəldiyi qeyd edilib.
Ölkədə ümumi yoluxma sayının təxminən 127 700 olduğu qeyd edilib.