Əsas məzmuna keç

Hindistanda oteldə yanğın: 9 nəfər həlak olub

Hindistanda oteldə yanğın: 9 nəfər həlak olub

Kəlküttə şəhərində yerləşən otellərdən birində baş verən yanğın faciə ilə nəticələnib. Hadisə nəticəsində aralarında uşağın da olduğu 9 nəfər dünyasını dəyişib.

en ru

Hindistanın Kəlküttə şəhərində otellərdən birində gecə saatlarında baş verən nəticəsində azı 9 nəfər həyatını itirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, yerli orqanlarının məlumatına görə, yanğın otelin ikinci mərtəbəsində başlayıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov təxminən bir saat ərzində nəzarət altına alınıb. Hadisə zamanı oteldə olan 30-a yaxın şəxs təhlükəsiz şəkildə təxliyə edilib.

Yanğının dəqiq başvermə səbəbi müəyyənləşdirilməyib. İlkin ehtimallara görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb ola bilər.

Yanğın zamanı azı 9 nəfər ölüb. Həlak olanlar arasında bir uşağın da olduğu bildirilir. Hadisə nəticəsində xəsarət alan 6 nəfər isə xəstəxanaya yerləşdirilib.

Qurbanların şəxsiyyəti və vətəndaşlığı ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. “ANI” agentliyinin yanğınsöndürmə xidmətinə istinadən yaydığı xəbərə görə, ölənlər arasında müalicə məqsədilə Kəlküttəyə gələn vətəndaşları da olub.

“NDTV” isə bütün qurbanların Banqladeş vətəndaşı olduğunu iddia edib. Bununla belə, “Reuters”ə açıqlama verən yüksək rütbəli polis rəsmisi həlak olanların vətəndaşlığının hələlik rəsmi şəkildə təsdiqlənmədiyini bildirib.

Yanğının baş verdiyi otel Kəlküttənin mərkəzində, sıx məskunlaşmış ərazidə yerləşir və əsasən münasib qiymətli yaşayış yeri kimi tanınır.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır və yanğının dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar həyata keçirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…