“Barselona”nın müdafiəçisi Andreas Kristensen zədələnib. Klubun mətbuat xidməti futbolçunun sol baldır nahiyəsində yüngül narahatlıq hiss etdiyini açıqlayıb.
Kristensenin İspaniya La Liqasının 13-cü turunda “Vilyarreal”la keçiriləcək matçda meydana çıxması sual altındadır. Görüş noyabrın 22-də, bazar günü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Klubun sosial şəbəkə X-də yayımladığı açıqlamada futbolçunun bərpa müddətinin vəziyyətinin gedişatından asılı olacağı bildirilib. Beləliklə, onun növbəti matçda iştirak edib-etməyəcəyi sonrakı vəziyyətinə əsasən müəyyənləşəcək.
Kristensen sentyabrda da dördbaşlı bud əzələsinin zədələnməsi səbəbindən bir müddət komandanın xidmətindən kənarda qalmışdı. Daha sonra “Barselona”nın digər müdafiəçiləri Jül Kunde topuq bağlarının dartılması, Xavi Espart isə topuq zədəsi almışdı.