Banqladeş polisi işi boykot edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, buna səbəb kimi baş nazir Şeyx Həsinə hökumətinə qarşı keçirilən etiraz aksiyalar zamanı polis çox sayda insanı öldürdüyü üçün cəmiyyət arasında onlara qarşı yaranmış nifrət göstərilir.
Polis öz təhlükəsizliyinə görə narahat olduğunu bildirib.
Hazırda ölkədə asayişi tələbələr və paramilitar qüvvələr qoyur. Hətta, nəqliyyatın hərəkətii belə tələbələr nizamlayır. Tələbələr Şeyx Həsinəni devirdikdən sonra ölkədə dəyişikliyin olacağına ümid edirlər.