Əsas məzmuna keç

Bakının mərkəzində avtomobil skuteri vurub

Bakının mərkəzində avtomobil skuteri vurub

Bakıda skuteri vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospekti ilə Əziz küçəsinin kəsişməsində baş verib.

İlkin ehtimala görə, qəza skuter idarə edən şəxsin svetoforun qırmızı işığının tələbinə məhəl qoymaması və sürücü diqqətsizliyi səbəbindən baş verib: "Görüntülərdən də aydın olur ki, ikitəkərli vasitəsini idarə edən şəxs qırmızı işıq yandıqda dayansaydı, bu yol-nəqliyyat hadisəsi baş verməyəcəkdi. Yadda saxlamaq lazımdır ki, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi iştirakçıları üçün məcburidir. Bunu “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsi tələb edir. Həmçinin qeyd olunur ki, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…