Əsas məzmuna keç

Bakının iki rayonunda elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Paytaxtın Yasamal və Səbail rayonlarında planlı təmir işləri səbəbindən işıqların sönəcəyi ünvanlar açıqlandı. İşıqlandırma sistemindəki fasilə nə vaxt bitəcək?

en ru

enerjisinin verilişində göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” "Azərişıq" ASC-yə istinadla xəbər verir.

Qeyd olunub ki, Rayon Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Dadaş Bünyadzadə, Arif Mehdiyev, Mirmövsüm Nəvvab, Elşən Müslümov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin bəzi ərazilərində saat 09:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…