Əsas məzmuna keç

Bakıda elektrik enerjisi kəsiləcək

Bakıda elektrik enerjisi kəsiləcək

Paytaxtın Yasamal və Nəsimi rayonlarında işıqların verilişində fasilələr yaranacaq. Enerji təchizatındakı məhdudiyyətlərin səbəbi və ünvanlar açıqlanıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu gün Bakının bir sıra ərazilərində ilə əlaqədar enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, iyulun 17-də Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) iməcilik işləri aparılacaq. Bununla əlaqədar saat 09:00-dan 13:00-dək prospekti və Oruc Əliyev küçəsində yerləşən 7 mərtəbəli yaşayış binalarında elektrik enerjisinin verilişində fasilələrlə məhdudiyyət yaranacaq.

Həmin tarixdə RETSİ ərazisində TM-də həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Xıdır Mustafayev, Abbas Mirzə Şərifzadə, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Nəriman Nərimanov, Tağı Şahbazi küçələri və İnşaatçılar prospektinin bir hissəsində planlı fasilə tətbiq ediləcək.

Bundan başqa, Nizami RETSİ-nə daxil olan TM-də görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Keşlə qəsəbəsinin Birinci köndələn küçəsində elektrik enerjisinin verilişi dayandırılacaq.

Məlumata görə, RETSİ ərazisində yerləşən 35/10/6 kV-luq "Nübar" yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 17:00-dək Aşağı Güzdək və Atyalı yaşayış məntəqələrinin bəzi hissələrində də elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Həmçinin elektrik şəbəkəsində aparılacaq cari təmir işləri ilə əlaqədar Səbail RETSİ-nə daxil olan Bünyad Sərdərov küçəsində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.

"Azərişıq" qeyd edib ki, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…