Əsas məzmuna keç

Bakıda yeni metro stansiyalarının tikintisi ilə bağlı layihələndirilmə işlərinə start verilib

Bakıda yeni metro stansiyalarının tikintisi ilə bağlı layihələndirilmə işlərinə start verilib

“Bakı Metropoliteni” QSC Türkiyənin “Yüksel Proje” şirkəti ilə 35,4 milyon manat dəyərində müqavilə imzalayıb. Bu barədə "Operativ Məlumat...

“Bakı Metropoliteni” QSC Türkiyənin “Yüksel Proje” şirkəti ilə 35,4 milyon manat dəyərində müqavilə imzalayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" səhmdar cəmiyyətə istinadən xəbər verir.

Müqavilə çərçivəsində, "Yaşıl" xətt üzrə Y14–Y17 və "Bənövşəyi" xətt üzrə B5–B8 stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi, “28 May” stansiyasında "Yaşıl" və "Qırmızı" xətlərin ayrılmasının layihələndirilməsi, həmçinin “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı dayanacağının layihələndirilməsi nəzərdə tutulur.

Məlumata görə, “Yüksel Proje” artıq bu öhdəliklərin icrasına başlayıb. Vergi və inzibati öhdəliklərin hüququna uyğun şəkildə icrası, qanunvericilik çərçivəsində fəaliyyət, eyni zamanda layihənin idarəolunmasında səmərəliliyi artırmaq məqsədilə müqavilə “Yüksel Proje” şirkətinin Azərbaycanda təsis etdiyi “Yüksel Proje” MMC ilə imzalanıb.

Qeyd edək ki, bu layihənin icrası “ şəhərində və ətraf ərazilərdə infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

Ddünyanın ən böyük 225 layihələndirmə şirkətinin müəyyən edildiyi ENR 2023 siyahısında 162-ci yerdə qərarlaşmış “Yüksel Proje” 45 ildən artıq beynəlxalq təcrübəyə malikdir. Şirkət bu günə qədər dünyanın 30-dan çox ölkəsində, eləcə də Türkiyənin bir sıra böyük şəhərlərində və dəmir yolu layihələrinin uğurla layihələndirilməsi və idarə edilməsində iştirak edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Mövzular #bakı#metro#xətt
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…