Əsas məzmuna keç

Bakıda ucuz mebel fırıldaqçısı tutuldu

Bakıda ucuz mebel fırıldaqçısı tutuldu

Paytaxtda münasib ev əşyaları vədi ilə sakinləri tora salan fırıldaqçı DİN tərəfindən tutuldu. Cinayətkarın qurbanları və gizli fırıldaq sxemi barədə ətraflı məlumat.

en ru

Son günlər sosial şəbəkələr və digər onlayn platformalarda ucuz qiymətə satışı barədə elanlar yerləşdirilərək vətəndaşlara qarşı çoxsaylı dələduzluq halları alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 Vüsal Hüseynov müəyyən edilərək tutulub.

Araşdırmalar zamanı məlum olub ki, o, sosial şəbəkələrdə və elan saytlarının birində mebellərin ucuz qiymətə satışı ilə bağlı saxta elanlar yerləşdirib. Bu yolla V.Hüseynov 40-a yaxın şəxsin etibarından sui-istifadə edərək onlara müxtəlif məbləğlərdə maddi ziyan vurub.

DİN-in məlumatına görə, şübhəli şəxs zərərçəkənlərdən beh aldıqdan sonra onlarla əlaqəni kəsib.

Araşdırmalar davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…