Əsas məzmuna keç

Bakıda sabah yağış gözlənilir

Bakıda sabah yağış gözlənilir

Paytaxt sakinləri üçün hava xəbərdarlığı: Abşeron yarımadasında yağıntılı şərait və güclü külək proqnozlaşdırılır. Temperaturun necə dəyişəcəyini dərhal öyrənin.

ru en

Bakıda və yarımadasında aprelin 25-də bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağacağı ehtimalı var.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, sabah hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…