Əsas məzmuna keç

Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası

Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası

Bakıda reklam agentliyinin direktoru xırda xuliqanlıqda təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilib. Qərar Bakı şəhəri Binəqədi Rayon...

en ru

Bakıda agentliyinin direktoru xırda xuliqanlıqda təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” "Qaynarinfo"ya istinadla xəbər verir ki, qərar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qəbul edilib.

Reklam agentliyinin direktoru olan 1993-cü il təvəllüdlü, Gədəbəy rayonundan olan Elvin Həsənov Binəqədi rayonunda yerləşən yaşayış komplekslərindən birində tanışı ilə mübahisə edərək ictimai asayişi pozmaqda ittiham olunub.

Məhkəmə materiallarına görə, tərəflər əvvəllər İT sahəsində birlikdə çalışıblar. Onların arasında pul və münasibətləri zəminində narazılıq yaranıb. zamanı problemi həll edə bilməyən şəxslər yaşayış binasının həyətində görüşüblər. Görüş zamanı mübahisə böyüyüb və tərəflər arasında sözlü qarşıdurma yaranıb.

Hadisə ilə bağlı zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək hücuma məruz qaldığını və təhqir olunduğunu bildirib.

araşdırması zamanı reklam agentliyinin direktorunun tanışına qarşı təhqiramiz ifadələr işlətdiyi və yaşayış kompleksinin ərazisində səs-küy saldığı müəyyən edilib.

Məhkəmə onun əməlini İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) maddəsi ilə tövsif edib. Nəticədə direktor 8 gün müddətinə inzibati qaydada həbs olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…