Əsas məzmuna keç

Bakıda oğurluq edən şəxslər polis tərəfindən saxlanılıb

Bakıda oğurluq edən şəxslər polis tərəfindən saxlanılıb

Paytaxtın müxtəlif rayonlarında mənzil, ticarət obyekti və nəqliyyat vasitələrindən talançılıq edən şübhəlilər DİN tərəfindən ifşa olunub. Əməliyyatın detalları:

en ru

Paytaxtın Nizami rayonunda müxtəlif vaxtlarda 5 nəfərə məxsus mobil telefonlar onların işlədikləri məkanlar və avtomobillərdən oğurlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” DİN-ə istinadən xəbər verir ki, Nizami Rayon İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 İmran Həmidov saxlanılıb. Onun paytaxtın digər rayonlarında da analoji cinayətlər törətdiyinə görə axtarışda olduğu müəyyən edilib. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər tədbirlər zamanı isə ev və marketlərdən etməkdə şübhəli bilinən 29 yaşlı Vüsal və 28 yaşlı Fərid Əliyev də müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…