Əsas məzmuna keç

Bakıda narkokuryer saxlanıldı: Üzərindən narkotik çıxdı

Bakıda narkokuryer saxlanıldı: Üzərindən narkotik çıxdı

Paytaxtın Nərimanov rayonunda keçirilən əməliyyat zamanı saxlanılan şəxsin üzərindən külli miqdarda qadağan olunmuş psixotrop maddələr və narkotik vasitələr çıxıb.

ru en

rayonunda 9 kiloqramdan artıq qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilib. Tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Samir Mirzəyev saxlanılıb.

S.Mirzəyevin sərnişin kimi istifadə etdiyi avtomobildən ona məxsus 5 kiloqram marixuana, 4 kiloqramdan artıq tiryək, həşiş və heroin, eləcə də 1112 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb. şəxs ifadəsində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı başlanılıb. S.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…