Əsas məzmuna keç

Bakıda AQEM Media Forumunun açılış mərasimi keçirilib - YENİLƏNİB

Bakıda AQEM Media Forumunun açılış mərasimi keçirilib - YENİLƏNİB

Paytaxtda start götürən tədbirdə beynəlxalq media nümayəndələri və ekspertlər toplaşıb. Budəfəki platformada hansı mühüm məsələlər müzakirə olunacaq?

en ru

və Yayım Şurasının təşkilatçılığı ilə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyi çərçivəsində "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM Media Forumunun açılış mərasimi keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tədbir AQEM-in fəaliyyətində media sahəsinə həsr olunmuş ilk belə tədbir olmaqla, üzv dövlətlər arasında media və kommunikasiya sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi baxımından mühüm platforma kimi nəzərdə tutulub.

Açılış mərasimində Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin , səfir Kayrat Sarıbay çıxışında media vasitəsilə etimadın qurulmasının ölkələr və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyətinə diqqət çəkib. Bildirilib ki, müasir kommunikasiya imkanlarının genişlənməsi informasiya mübadiləsini daha əlçatan etməklə yanaşı, media subyektlərinin məsuliyyətini də artırır və bu şəraitdə peşəkar jurnalistika, dialoq və etimad əsaslı kommunikasiya xüsusi aktuallıq kəsb edir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov isə qeyd edib ki, Azərbaycan Respublikası AQEM-ə sədrliyi çərçivəsində Müşavirənin institusional inkişafı, beynəlxalq təşkilata transformasiyası və sahəvi əməkdaşlığın genişləndirilməsi istiqamətlərində, habelə AQEM məkanında etimadın artırılmasına və əməkdaşlığın möhkəmləndirilməsinə yüksək töhfə vermişdir. O bildirib ki, hazırkı dövrdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasına və dünyanın müxtəlif regionlarında davam edən qanlı müharibələrə son qoyulmasına yönəlmiş qarşılıqlı birgə fəaliyyət fövqəlbəşər əhəmiyyətli məqsədlərə xidmət edir. Dünya nizamının və beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına yönəlmiş ekzistensional təhlükə və təhdidlərin, eləcə də təcavüzkar çağırışların qarşısının alınması ilə bağlı təxirəsalınmaz səylərin və tədbirlərin görülməsi üçün Birləşmiş Millətlər Təşkilatının mərkəzi roluna əsaslanan birgə addımların atılmasınının mühümlüyü vurğulanıb, bu baxımdan, beynəlxalq hüququn ədalətli dünya nizamının qurulması və inkişafı üçün yeganə etibarlı təminat olaraq qaldığı qeyd edilib.

***

Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan Respublikası Media və Yayım Şurasıdır.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…