Əsas məzmuna keç

Bakıda 71 məzun qızıl və gümüş nişana layiq görülüb

Bakıda 71 məzun qızıl və gümüş nişana layiq görülüb

BŞTİ-nin tabeliyindəki məktəblərdə uğur qazanan şagirdlərin siyahısı açıqlanıb. Akademik Zərifə Əliyeva adına lisey və digər təhsil ocaqlarında kimlər fərqləndi?

en ru

Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 29-u isə nişana görülüb.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, paytaxt üzrə 5, 63, 88, 113, 182, 226, 270 və 272 nömrəli tam orta məktəblərin, 6 və 70 nömrəli məktəb-liseylərin, Kimya və biologiya təmayüllü respublika liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Bakı Avropa liseyi, Akademik Zərifə adına , Humanitar fənlər təmayüllü lisey, Texniki-humanitar liseyi və G.Əsgərova adına məktəb-lisey kompleksinin məzunları qızıl nişanla təltif ediliblər. Həmçinin 17, 26, 157, 189-190, 281 nömrəli tam orta ümumtəhsil məktəblərinin, 20, 220 və 264 nömrəli məktəb-liseylərin, 2 nömrəli Texniki-humanitar liseyi, 291 nömrəli Ekologiya liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya və biologiya təmayüllü respublika liseyi, Texniki-humanitar lisey, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi, G.Əsgərova adına məktəb-lisey kompleksi və Elitar gimnaziyanın məzunları isə gümüş nişana layiq görülüblər.

Qeyd olunub ki, qızıl və gümüş nişana layiq görülmüş məzunlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…