Əsas məzmuna keç

Bakıda 21 502 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

Bakıda 21 502 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. Bu barədə "Operativ Məlumat...

Oktyabrın 1-də dövlət ümumi müəssisələrindəki qruplarında məşğələlərə start verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə BŞTİ-dən məlumat verilib.

2025-2026-cı tədris ilində Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 295 ümumi təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına 21 502 uşaq qeydiyyatdan keçib.

Qeyd ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.

Onu da qeyd edək ki, məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…