Əsas məzmuna keç

Bakı küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakı küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Paytaxtın mərkəzi yollarında təmir və abadlıq işləri səbəbindən nəqliyyatın sıxlığı gözlənilir. Sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

en ru

Bakının bir sıra küçələrində aparılacaq və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata əsasən, Binəqədi rayonu üzrə: Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində; Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.

Bildirilib ki, Nərimanov rayonu üzrə isə Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi məqsədilə ayırıcı zolağın bir hissəsi ləğv ediləcək. Bununla əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

"Məhdudiyyətlər görülən işlər başa çatanadək qüvvədə olacaq. Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən marşrutlardan istifadəni nəzərə almaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - məlumatda qeyd olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…