Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi AVRO-2027-nin seçmə mərhələsində son oyununu keçirib. B1 qrupunun son turunda Albaniya ilə qarşılaşan komanda 2:7 hesabı ilə məğlub olub.
Bu nəticə ilə Azərbaycan millisi qrup mərhələsindəki çıxışını başa vurub. Komanda seçmə mərhələdə keçirdiyi üç oyunun heç birində xal qazana bilməyib.
Azərbaycanın U-17 millisi əvvəlki görüşlərində İrlandiyaya 0:16, Kosovoya isə 3:8 hesabı ilə uduzub. Albaniya ilə qarşılaşma yığma üçün bu mərhələdəki son sınaq olub.
B1 qrupunun bütün oyunları Albaniyanın Roqojina şəhərində keçirilib. Beləliklə, Azərbaycan millisi AVRO-2027-nin seçmə mərhələsini üç məğlubiyyətlə yekunlaşdırıb.