Əsas məzmuna keç

Azərbaycanın NATO-dakı nümayəndəliyində mühüm diplomatik görüş

Azərbaycanın NATO-dakı nümayəndəliyində mühüm diplomatik görüş

Azərbaycanın NATO yanındakı nümayəndəliyi alyansla tanışlıq proqramının 9 ölkədən olan iştirakçıları ilə görüş keçirib. Bu barədə Azərbaycanın NATO...

en ru

Azərbaycanın yanındakı nümayəndəliyi alyansla tanışlıq proqramının 9 ölkədən olan iştirakçıları ilə görüş keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanındakı nümayəndəliyi "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Nümayəndəliyin rəhbəri Hüseynzadə və Azərbaycanın NATO yanındakı hərbi nümayəndəsi polkovnik Ramil Həsənov Əlcəzair, Misir, Kolumbiya, Gürcüstan, Yaponiya, Qazaxıstan, Mərakeş, Türkmənistan və Ukraynadan olan nümayəndələri qəbul ediblər.

"Görüşdə iştirakçılara Azərbaycanın NATO ilə tərəfdaşlığı və ölkənin bu sahədəki təcrübəsi barədə məlumat verilib", - paylaşımda bildirilib.

Qeyd olunub ki, NATO ilə tanışlıq proqramı ildə iki dəfə keçirilir və öz iştirakçılarına alyansın fəaliyyəti, eləcə də onun əməkdaşlıq proqramları barədə ümumi məlumat verir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…