Operativ Məlumat Mərkəzi

Azərbaycanın NATO-dakı Nümayəndəliyi Tanışlıq Proqramı iştirakçılarını qəbul edib

1 dəq
Paylaş:
Azərbaycanın NATO-dakı Nümayəndəliyi Tanışlıq Proqramı iştirakçılarını qəbul edib
bu barədə Nümayəndəliyin sosial media hesabında məlumat paylaşılıb. Bildirilir ki, proqramın ümumi məqsədi iştirakçılara NATO-nun yardım proqramları və...

Azərbaycanın NATO-dakı Nümayəndəliyi NATO-nun Tanışlıq Proqramının bir qrup iştirakçısını qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nümayəndəliyin sosial media hesabında məlumat paylaşılıb.

Bildirilir ki, proqramın ümumi məqsədi iştirakçılara NATO-nun yardım proqramları və fəaliyyətləri haqqında ətraflı məlumat verməkdir.

Proqram çərçivəsində Bosniya və Herseqovina, Kolumbiya, İordaniya, Pakistan, Qətər, Serbiya və Özbəkistandan olan iştirakçılar Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində olublar. Eyni zamanda, Azərbaycanın NATO-dakı Nümayəndəliyi Azərbaycanın NATO ilə tərəfdaşlığın praktiki aspektləri üzrə təcrübəsini bölüşən təqdimatla çıxış edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər