Əsas məzmuna keç

Səkkiz NATO ölkəsi və Ukrayna müdafiə bankı yaratmağı planlaşdırır

Səkkiz NATO ölkəsi və Ukrayna müdafiə bankı yaratmağı planlaşdırır

Hərbi sənayeyə investisiyaları stimullaşdırmaq məqsədilə yeni maliyyə qurumunun 2027-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

en ru

Səkkiz üzvü və müdafiə sektoruna investisiyaların artırılması məqsədilə yeni maliyyə qurumunun – "Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq "nın yaradılması barədə razılığa gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, qərar Ankarada keçirilən NATO sammiti çərçivəsində qəbul olunub. Təşəbbüsə Kanada, Albaniya, Belçika, Yunanıstan, Latviya, Lüksemburq, Rumıniya, və Ukrayna qoşulub.

Bildirilir ki, yeni bankın mənzil-qərargahı Kanadada yerləşəcək. Qurumun 2027-ci ildən fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda iştirakçı ölkələr bankın fəaliyyət mexanizmi və maliyyələşdirmə prinsiplərini müəyyənləşdirirlər.

Birgə bəyanata əsasən, bank müdafiə və təhlükəsizlik layihələrinə uzunmüddətli və aşağı faizli maliyyə dəstəyi göstərəcək. Məqsəd hökumətlərin, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinin hərbi təchizat zəncirində maliyyə imkanlarını genişləndirməkdir.

Təşəbbüsün əsas məqsədi Ukraynadakı müharibə fonunda müdafiə sənayesinə investisiyaları artırmaq və hərbi istehsalın genişləndirilməsinə dəstək verməkdir.

Qeyd edək ki, son illər NATO ölkələri müdafiə xərclərini artırsa da, bir sıra Avropa dövlətləri dövlət borcu və büdcə xərclərinin idarə olunması ilə bağlı çətinliklərlə üzləşir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…