Əsas məzmuna keç

XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı bəyanat yaydı

XİN Cəbrayıldakı mina partlayışları ilə bağlı bəyanat yaydı

Cəbrayılda baş verən faciəli hadisə nəticəsində zərərçəkənlərin sayı 443-ə yüksəlib. XİN beynəlxalq ictimaiyyəti mina təhlükəsinə qarşı birliyə çağırır.

en ru

"Bu gün Cəbrayıl rayonunda partlayışı nəticəsində ata və oğul ağır xəsarət alıblar, bununla da 2020-ci il müharibəsinin sonundan bəri Azərbaycanda mina qurbanları və zərərçəkənlərinin sayı 443-ə çatıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında bəyanat yayılıb.

"Bu dəhşətli hadisə, günahsız insanların həyatına son qoymağa və ağır xəsarətlər yetirməyə davam edən minaların yaratdığı ölümcül və ayrı-seçkilik qoymayan təhlükəni bir daha nümayiş etdirir", - məlumatda bildirilib.

Qeyd olunub ki, Azərbaycan minaların yaratdığı davamlı təhlükəni qətiyyətlə pisləyir və ölkədə mina təhlükəsi ilə mübarizə fəaliyyətinə daha çox beynəlxalq diqqət ayrılmasına çağırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…