Əsas məzmuna keç

Azərbaycanın D-8 təşəbbüsü əməkdaşlığa böyük təkan verəcək

Azərbaycanın D-8 təşəbbüsü əməkdaşlığa böyük təkan verəcək

Soheyl Mahmud Ceyhun Bayramovla Antalya Diplomatiya Forumunda görüşüb. İlham Əliyevin 2025-ci il hədəfləri və yeni mərkəzlər təşkilata nə vəd edir? Ətraflı:

en ru

İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Soheyl Mahmud Azərbaycanın energetika və iqlim, nəqliyyat əməkdaşlığı, eləcə də media ilə bağlı üç qabaqcıl təcrübə mərkəzinin yaradılması təşəbbüsünü yüksək qiymətləndirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə baş katib "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Baş katib qeyd edib ki, Antalya Forumu çərçivəsində Azərbaycanın naziri Ceyhun Bayramovla görüşüb.

"Hörmətli Prezident İlham Əliyevin baxışı və sadiqliyi ilə idarə olunan Azərbaycanın D-8 prosesində fəal roluna görə dərin minnətdarlığımı bildirdim. 2025-ci ildə bir sıra yüksək səviyyəli tədbirlər keçirib, bununla da təşkilatın ümumi işinə əlavə təkan verib. Həmçinin Azərbaycanın energetika və iqlim, nəqliyyat əməkdaşlığı, eləcə də media ilə bağlı üç qabaqcıl təcrübə mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkür etdim. D-8-in institusional arxitekturasını gücləndirməklə yanaşı, təklif olunan mərkəzlər üzv dövlətlər arasında əsas sahələrdə sektoral əməkdaşlığın inkişafına kömək edəcək", - o yazıb.

Mahmudun sözlərinə görə, Azərbaycanın D-8-ə sadiqliyini təsdiqləyərək, onu ölkənin xarici siyasətində prioritet adlandırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…