Əsas məzmuna keç

Azərbaycanda toyuq əti BAHALAŞDI - Yeni QİYMƏT

Azərbaycanda toyuq əti BAHALAŞDI - Yeni QİYMƏT

alıcılar bildirirlər ki, son həftələrdə toyuq filesinin qiymətində nəzərəçarpacaq artım var.“Son vaxtlar bunun qiyməti 4 manat 80 qəpik idi, indi 7 manat...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanda filesinin qiymətində artım müşahidə olunur. Son günlər bəzi marketlərdə ya ümumiyyətlə tapılmır, ya da əvvəlki qiymətindən baha satılır. Hazırda ayrı-ayrı satış məntəqələrində məhsulun bir kiloqramının qiyməti 10 manata qədər yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, alıcılar bildirirlər ki, son həftələrdə toyuq filesinin qiymətində nəzərəçarpacaq artım var.

“Son vaxtlar bunun qiyməti 4 manat 80 qəpik idi, indi 7 manat 90 qəpikdir”, - alıcılardan biri deyib.

Digər alıcı isə məhsulun əvvəlki qiyməti ilə müqayisədə 1-2 manat bahalaşdığını bildirib.

“Son bir aydır bahalaşmanı hiss edirik”

Alıcıların sözlərinə görə, bahalaşma təkcə file ilə məhdudlaşmır. Toyuq məhsullarının bir sıra növlərində də qiymət hiss olunur.

“Ümumiyyətlə, toyuq məhsullarında qiymətin qalxmasını müəyyən qədər hiss etmişik. Hamısında vahid qiymət yoxdur. Hərə öz istədiyini edir”, - digər alıcı bildirib.

Başqa bir vətəndaş isə toyuq məhsullarının son dövrlərdə 2-3 manat bahalaşdığını deyib.

Alıcılar xüsusilə ailələrin gündəlik alış-verişində geniş istifadə etdiyi bu məhsulun bahalaşmasının büdcələrinə əlavə yük yaratdığını bildirirlər.

Satıcıların sözlərinə görə, son günlərdə bazarda toyuq filesinin qıtlığı da müşahidə olunur.

“Son iki-üç gündür file tapılmır. Bu da müştərilərdə narazılıq yaradır”, - satıcılardan biri deyib.

Başqa satıcı isə bildirib ki, bir həftəyə yaxın məhsulun tapılmasında çətinlik olub və son günlərdə qiymət təxminən 50-60 qəpik artıb.

Digər satıcılar isə qıtlığın əsas səbəbinin məhsulun az olması ilə bağlı olduğunu deyirlər.

“Builki kimi olmamışdı. yaranmamışdı belə”, - satıcılardan biri bildirib.

File 6,50 manatdan 9-10 manata qalxıb

Satıcıların sözlərinə görə, qiymət artımı birdən-birə deyil, tədricən baş verib.

“Əvvəl 7,50-7,80 manata satmışıq. İndi 8,20-8,50 manat olub”, - satıcılardan biri bildirib.

Başqa bir satıcı isə məhsulun əvvəl 7,80 manat olduğunu, hazırda isə 8,50 manata satıldığını deyib.

Digər satış məntəqəsində isə file 6,50-7 manatdan 9 manata qədər bahalaşıb.

Bəzi satıcılar qiymətin müəyyən dövrdə 10 manata qədər yüksəldiyini də bildirirlər.

Tələbat artıb, bazarda qıtlıq yaranıb

Quş əti, yumurta istehsalçıları və ixracatçıları assosiasiyasının sədri Həsənlinin sözlərinə görə, toyuq filesinə tələbatın artması bazarda qısa müddətli qıtlığa səbəb olub.

Onun sözlərinə görə, sentyabr ayında əhalinin tətildən qayıtması və turist axınının artması toyuq ətinə, xüsusilə file və bud hissələrinə tələbatı yüksəldib.

Mürvət Həsənli bildirib ki, istehsalçı fabriklərdən toyuq filesinin çıxış qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.

“Sadəcə ölkədə ciddi şəkildə turistlərin gəlməsi, qırmızı ətin qalxması bizdə bu tələbatı artırdı. Ona görə də xırda bir qıtlıq yarandı. O qıtlıq da dünən-bu gün artıq marketlərdə kifayət qədər filenin olduğunu göstərir”, - assosiasiya sədri deyib.

Onun sözlərinə görə, region ölkələrində də toyuq ətinə tələbatın artması fonunda qiymət artımı müşahidə olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…