Əsas məzmuna keç

Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı təhvil verilib - 21.04.2025

Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı təhvil verilib - 21.04.2025

Özbəkistan Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib. Bu barədə Baş Prokurorluqdan bildirilib. Məlumata görə, bu ilin yanvar ayında Azərbaycanda...

Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, bu ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmiş 1962-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Rzayev İmran oğlunun həmin dövlətin Cinayət Məcəlləsinin 168-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi (xüsusilə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ilə məhkum edilməsinə dair ittiham hökmünün icrası üçün verilməsi ilə bağlı Özbəkistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən Akif Rzayevin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…