Əsas məzmuna keç

Azərbaycanda “kupça“sız mənzillərin satışı qadağan edilir?

Azərbaycanda “kupça“sız mənzillərin satışı qadağan edilir?

bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Sənəddə qanunvericiliklə müəyyən edilmiş...

Azərbaycanda əmlakın dövlət reyestrində xüsusi kimi qeydiyyata ("kupça"sız) çoxmənzilli binalarda mənzillərin satışının qanunla qadağan edilməsi təklif olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Sənəddə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması təklif edilir.

Xatırladaq ki, Azərbaycanda, xüsusən də şəhəri və rayonu ərazisində bir çox çoxmənzilli yaşayış binalarındakı mənzillər çıxarışlarla təmin olunmadığından müqavilə əsasında satışa çıxarılır. Həmin mənzillər daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…