Əsas məzmuna keç

Azərbaycanda gömrük nəzarətindən gizlədilmiş qızıl külçələr aşkar edilib

Azərbaycanda gömrük nəzarətindən gizlədilmiş qızıl külçələr aşkar edilib

Dövlət Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn vətəndaşının əl yüklərinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı həmin şəxsin gödəkcəsində və əl çantasında gömrük nəzarətindən gizlədilən 37 ədəd "Pamp" markalı, ümumi təqribi çəkisi 365 qram qızıl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…