Əsas məzmuna keç

Bakı aeroportunda gömrükdən gizlədilən dərman və siqaretlər tutuldu

Bakı aeroportunda gömrükdən gizlədilən dərman və siqaretlər tutuldu

Təbriz-Bakı reysi ilə gələn sərnişinlərin yükündə külli miqdarda preparat və tütün məmulatı tapılıb. Dövlət Gömrük Komitəsi qanunsuz cəhdin qarşısını alıb.

en ru

Hava Nəqliyyatında Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində 3 fakt üzrə gömrük nəzarətindən vasitələri və siqaretlər aşkar edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Təbriz-Bakı aviareysi ilə gələn Respublikası vətəndaşlarının baqajlarına stasionar rentgen qurğusunda baxış keçirilib və şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı hər üç vətəndaşa məxsus baqajlardan gömrük nəzarətindən gizlədilən dərman vasitələri - 12 440 ədəd həb, 4066 ədəd kapsul, 162 ədəd və 41 qutu maye məhlul, 120 paket toz halında məhlul, 70 ədəd şam, 2 qutu iynə, 58 qutu və 613 ədəd maz, 1 qutu gel, həmçinin 4460 ədəd aşkar olunub.

Faktlarla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…