Əsas məzmuna keç

Azərbaycanda genişzolaqlı internetin orta illik sürəti 1,4 dəfə artıb

Azərbaycanda genişzolaqlı internetin orta illik sürəti 1,4 dəfə artıb

Son 2 ildə Azərbaycanda genişzolaqlı internetin orta illik sürəti 1,4 dəfə artıb. Bunu jurnalistlərə açıqlamasında “Aztelekom” MMC-nin Baş direktor...

Son 2 ildə Azərbaycanda genişzolaqlı internetin orta illik sürəti 1,4 dəfə artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Aztelekom” MMC-nin Baş direktor vəzifəsini icra edən Həsən Ömərov “ ” layihəsinin hesabat tədbirində bildirib.

Onun sözlərinə görə, son 2 ildə Azərbaycanda genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artıb və 2024-cü ilin yanvar ayına olan məlumata əsasən, bu göstərici 66 Mbit/s-ni keçib: "Onlayn Azərbaycan" layihəsi çərçivəsində görülən işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. Dünyanın nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress (MWC)” çərçivəsində “Aztelekom”MMC “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb. Bu mükafat internet testi və təhlili üzrə qlobal lider olan “Ookla”® şirkəti tərəfindən təqdim edilib".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…