Əsas məzmuna keç

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır?

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır?

2023-cü ilin fevral ayında “Facebook” sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinin aktivliyi yanvar ayı ilə müqayisədə 1,03 faiz azalaraq 28,54...

2023-cü ilin fevral ayında “Facebook” sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinin aktivliyi yanvar ayı ilə müqayisədə 1,03 faiz azalaraq 28,54 düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Global Stats Statistika Mərkəzinə istinadən xəbər verir.

Bu göstəriciyə görə, ikinci “Instagram” dayanır. Onun 1,35 faiz artaraq 24,48 faizə çatıb. Üçüncü yerdə 23,49 faizlə “YouTube” gəlir (2,01 faiz artım).

Bu göstəriciyə görə dördüncü yerdə “Pinterest” sosial şəbəkəsi gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 1,52 faiz azalaraq 12,95 faizə düşüb.

“Twitter” media paltforması 7,73 faizlə Azərbaycanın sosial bazarında populyarlığına görə beşinci yer tutub (ay ərzində 0,33 faiz azalma). Reytinqdə altıncı yeri 0,8 faiz göstərici ilə “Linkedin” tutub.

Digər sosial şəbəkələrin payı 2,02 faiz təşkil edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…