Əsas məzmuna keç

Azərbaycan yanvarda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Azərbaycan yanvarda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Bu ilin yanvar ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (66,91 MB/S) görə 152 ölkə arasında 90-cı yerdə qərarlaşıb ki, bu da əvvəlki...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu ilin yanvar ayında sabit genişzolaqlı internetin orta sürətinə (66,91 MB/S) görə 152 ölkə arasında 90-cı yerdə qərarlaşıb ki, bu da əvvəlki aya 1 irəliləyiş deməkdir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (35,25 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 90 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (336,45 MB/S), axırıncı yeri isə Kuba (3,04 MB/S) tutub.

Azərbaycan yanvarda mobil internetin sürətinə görə isə dekabr ayına nisbətən 1 pillə irəliləyərək 70,65 MB/S sürətlə 104 ölkə arasında 54-cü olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (545,94 MB/S), sonuncu yeri isə Eritreya (1,88 MB/S) tutub.

Hesabat ayında şəhəri sabit genişzolaqlı internetin sürətinə görə mövqeyində qalaraq 198 şəhər arasında 67,75 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (331,46 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,99 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə əvvəlki aya nisbətən 3 pillə geriləyərək 85,08 MB/S sürətlə 152 şəhər arasında 80-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (597,74 MB/S), sonuncu yeri Asmara (Eritreya) (1,88 MB/S) tutub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…