Əsas məzmuna keç

Azərbaycan XİN-dən bayraq təxribatına reaksiya

Azərbaycan XİN-dən bayraq təxribatına reaksiya

Rəsmi Bakı İrəvanda Türkiyə rəmzinə qarşı vandalizmi pislədi. Xarici İşlər Nazirliyi Ermənistanı etnik nifrəti durdurmağa və təqsirkarları cəzalandırmağa çağırıb.

en ru

Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda bayrağının yandırılmasını pisləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə XİN bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Ermənistanın paytaxtı İrəvan şəhərində "məşəl yürüşü" zamanı Türkiyə bayrağının yandırılması Azərbaycan XİN tərəfindən qətiyyətlə pislənilir.

" hökuməti zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.

Bu kimi qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması tamamilə qəbuledilməzdir.

Ermənistanda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan faşist düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır.

Ermənistan hökumətini bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq", - bəyanatda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…