Əsas məzmuna keç

Azərbaycan və İran XİN başçılarının telefon danışığı olub

Azərbaycan və İran XİN başçılarının telefon danışığı olub

telefon danışığı zamanı İranda hərbi əməliyyatlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub. İran İslam Respublikasının...

ru en

naziri Ceyhun Bayramovla iranlı həmkarı Abbas Ərağçi arasında baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı İranda hərbi əməliyyatlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub. İran İslam Respublikasının xarici işlər naziri cari vəziyyət və atılan addımlar barədə məlumat verib.

C. Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.

Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…