Əsas məzmuna keç

Azərbaycan və İran arasında quru sərhədi açıla bilər

Azərbaycan və İran arasında quru sərhədi açıla bilər

Rza Salehi Əmiri keçid məntəqələrinin açılacağı ilə bağlı mühüm açıqlama verib. Turizm və iqtisadiyyatda hansı yeniliklər gözlənilir?

en ru

Tehran və Bakı rəsmiləri arasında baş tutan yüksək səviyyəli müzakirələrin yekunu olaraq, iki ölkə arasındakı quru sərhədlərində sərnişin daşımalarının bərpası məsələsi yenidən gündəmə gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İran İslam Respublikasının mədəni irs, turizm və əl sənətləri naziri Rza bu barədə Ərdəbil vilayətindən olan deputatlarla görüşdə çıxışı zamanı bildirib.

Seyid Rza Salehi-Əmiri Məsud Pezeşkianın heyətində Azərbaycana etdiyi səfərin detallarını bölüşərkən vurğulayıb ki, İlham Əliyev sərhəd qapılarının fəaliyyətinin bərpasına dair nikbin vədlər verib.

Nazirin sözlərinə görə, rəsmi Bakı əvvəllər sərhədlərin bağlı qalmasını təhlükəsizlik mülahizələri ilə əsaslandırsa da, hazırda bu maneələr aradan qaldırılmış və mövcud narahatlıqlar öz həllini tapmışdır.

Salehi-Əmirinin fikrincə, sərhədyanı əlaqələrin intensivləşməsi təkcə ixracat potensialını və yerli iqtisadiyyatı canlandırmaqla qalmayacaq, eyni zamanda həmin bölgələrdəki turistik məkanların tanıdılmasına da şərait yaradacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…