Əsas məzmuna keç

İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb

İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.

en ru

Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Dövlətinin Əmiri Təmim bin Həməd Al Tani ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev Qətər Dövlətinin Əmirinə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirakına görə minnətdarlığını ifadə edərək, bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.

Qəbula görə dövlətimizin başçısına təşəkkür edən Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tani AQEM-in Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğuladı və ölkəmizin beynəlxalq tədbirləri uğurla keçirməklə bağlı zəngin təcrübəsinin olduğunu dedi.

Qətər Əmiri Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını vurğuladı.

və Qətərin Əmiri ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını bildirdilər, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar, hökumətlərarası komissiyanın fəaliyyətinə toxundular.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…