Azərbaycan və Çin vətəndaşları vizadan qarşılıqlı azad ediləcək

Azərbaycan və Çin vətəndaşları vizadan qarşılıqlı azad ediləcək
30.05.2025 12:57
Aa
dəq

Azərbaycan və Çin vətəndaşları vizadan qarşılıqlı azad ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

 

Həftənin ən çox oxunanları